Yuxarı

Merin ərinə məxsus obyektdə atışma: bir erməni öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Armavir vilayətində odlu silahdan istifadə etməklə qətl hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Saat 01:30 radələrində Armavir vilayəti polisinə Vaqarşapat şəhərində, yanacaqdoldurma məntəqəsində atışma baş verdiyi, bir nəfərin isə son dərəcə ağır vəziyyətdə Vaqarşapat tibb mərkəzinə yerləşdirildiyi barədə əməliyyat məlumatı daxil olub.

Yaralı, 36 yaşlı Armavir vilayətinin sakini Artur Paronyan xəstəxanada ölüb. Onun bel nahiyəsindən güllə yarası aldığı bildirilib.

Hadisə yerinə toplaşan vətəndaşlar yanacaqdoldurma məntəqəsinin Eçmiədzin meri Diana Qasparyanın ərinə məxsus olduğunu bildiriblər.

Hüquq-mühafizə orqanları şübhəlinin şəxsiyyətini müəyyənləşdirib. Bildirilib ki, o, Armavir vilayətində ÇAP ləqəbi ilə tanınan 33 yaşlı Karen Badalyandır.

Cinayət törətməkdə şübhəli bilinən şəxsin və silahın tapılması istiqamətində iş aparılır.

Tarix
2025.03.22 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla