Yuxarı

Çin fikrini dəyişdi: Ukraynada sülhməramlılar ola bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin diplomatları Avropa Birliyinin Ukraynaya göndərməyi planlaşdırdığı sülhməramlı qüvvələrə qoşulmaq imkanını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə "Velt" nəşri yazıb.

Məlumata görə, Pekinin bu təşəbbüsü Rusiyanın sülh prosesinə yaxınlaşmasını hədəfləyir. AB diplomatları da bu amilin vacibliyini vurğulayırlar. Çinli diplomatlar AB-nin bu məsələyə münasibətini öyrənməyə çalışır və ittifaqın belə bir təşəbbüsü dəstəkləyib-dəstəkləməyəcəyini araşdırır.

Brüsseldəki diplomatik dairələr bildiriblər ki, Çinin sülhməramlı qüvvələrə qoşulması Rusiyanın Ukraynada bu qüvvələri qəbuletmə ehtimalını artıra bilər. Lakin məsələ həssasdır, çünki Çin Rusiyanın yaxın müttəfiqi hesab olunur.

Qeyd edək ki, daha öncə Çin sülhməramlı kontingentinin sülh sazişinin icrasına nəzarət etmək üçün Ukraynaya göndərilməsini müzakirə etmək niyyətində olmadığını bəyan edib.

Tarix
2025.03.22 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla