Yuxarı

Rüstəm Umerov əldə olunan razılaşmaları açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəm Umerov əldə olunan razılaşmaları açıqladı

Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bunu Ər-Riyadda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib.

“Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların tam dayandırması ilə bağlı da razılıq əldə olunub”, - deyə o bildirib.

R.Umerov Rusiyanın hərbi gəmilərinin Qara dənizin şərq hissəsindən kənara hərəkətinin bu sazişin ruhunun pozulması və Ukraynanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcəyini vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, tərəflər üçüncü ölkələrin dəniz və enerji sazişlərinin həyata keçirilməsinə dəstək üçün cəlb olunmasını alqışlayıblar:

“Sazişlərin səmərəli həyata keçirilməsi üçün onların icrası, monitorinqi və nəzarəti ilə bağlı bütün detalları razılaşdırmaq üçün mümkün qədər tez əlavə texniki məsləhətləşmələrin aparılması vacibdir”.

Qeyd edək ki, bu gün Ər-Riyadda ABŞ, Rusiya və Ukrayna nümayəndələri təhlükəsiz naviqasiyanın tətbiq edilməsi, Qara dənizdə güc tətbiqindən çəkinmək və enerji infrastrukturlarına qarşılıqlı zərbələrdən imtina edilməsi barədə razılığa gəliblər.

Tarix
2025.03.25 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla