Yuxarı

ABŞ, Rusiya və Ukrayna arasında tarixi razılaşma...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ, Rusiya və Ukrayna arasında tarixi razılaşma...

Rusiya, ABŞ və Ukrayna təhlükəsiz naviqasiyanı təmin etmək və Qara dənizdə güc tətbiqindən çəkinmək barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Ər-Riyadda keçirilən ekspert qruplarının görüşünün yekunları üzrə bəyanatında deyilir.

“Qara Dəniz Ekspert Qruplarının 23-25 ​​mart tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki işinin nəticələrinə həsr olunmuş sənəddə qeyd edilir ki, Birləşmiş Ştatlar və Rusiya naviqasiya təhlükəsizliyini təmin etmək, güc tətbiqindən çəkinmək və Qara dənizdə ticarət gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər”, - deyə bildirilib.

Həmçinin tərəflər Rusiya və Ukraynanın enerji infrastrukturu obyektlərinə hücumların qadağan edilməsi mexanizmini hazırlamaq barədə razılaşıb.

Bundan əlavə, ABŞ Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrə ixracı üçün dünya bazarına çıxışını bərpa etməsinə yardım edəcək.

Tarix
2025.03.25 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla