Yuxarı

Rus təyyarəsi göründü, NATO qırıcıları havalandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus təyyarəsi göründü, NATO qırıcıları havalandı

NATO qırıcıları Rusiyanın İl-20M təyyarəsinin Baltik dənizində, Rügen adasının şərqində görünməsi səbəbindən həyəcan siqnalı ilə havaya qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, NATO hava məkanının təhlükəsizliyini təmin etmək üçün Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “Tayfun” qırıcısı cümə axşamı saat 09:30-da (Bakı vaxtı ilə 12:30-da) Almaniyanın şimalındakı Lage aviabazasından havaya qalxıb. Alman tərəfinin məlumatına görə, İl-20M təyyarəsi transponderlərini söndürmüş vəziyyətdə uçub və radiobağlantıya çıxmayıb.

Alman qırıcılar Rusiya təyyarəsini bir neçə kilometr müşayiət edib, daha sonra o, Kalininqrad istiqamətinə dönüb.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Rusiya hərbi aviasiyasının bütün uçuşları beynəlxalq hava məkanından istifadə qaydalarına tam uyğun şəkildə həyata keçirilir.

Tarix
2025.03.28 / 00:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla