Yuxarı

Putinin planı: Rusiya nəhəng hücuma hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin planı: Rusiya nəhəng hücuma hazırlaşır

Rusiya Donetsk vilayəti yaxınlığında xeyli qüvvələr cəmləşdirib və genişmiqyaslı hücuma hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Rusiya qüvvələri yaxın aylarda Borovoy və Limanın ələ keçirilməsi üçün Limanın şimal-şərqində pladstarmı genişləndirir. Rusiya komandanlığı Ukrayna qüvvələrini Jerebets çayının sol sahilindən sıxışdırmaq üçün “insan dalğaları” taktikasından istifadə edir. Bununla belə, mexanikləşdirilmiş hücumların olmaması avadanlıqla bağlı problemləri göstərir”, - hesabatda bildirilib.

Qeyd edilib ki, rus qoşunları Novolyubovkadan şimal-qərbə doğru irəliləyiblər və yəqin ki, bu yaşayış məntəqəsi ələ keçirilib. Novoye qəsəbəsindən cənub-şərq istiqamətində irəliləmə də qeydə alınıb.

Hesabata görə, hazırda cəbhənin ayrı-ayrı istiqamətlərində qüvvələr nisbəti 10:1-ə Rusiyanın xeyrinədir. Hücumun əsas dalğasını 144-cü və 3-cü motoatıcı diviziyalar təşkil edir.

Analitiklər hesab edirlər ki, Rusiya Limanın şimal-şərqindəki pladstarmdan istifadə edərək Luqansk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsini ələ keçirə bilər. Bu, mümkün danışıqlarda mövqeyini gücləndirmək üçün Moskvaya lazımdır.

Tarix
2025.04.02 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla