Yuxarı

“Saakaşvili ölkəni xilas edə biləcək tək şəxsdir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Saakaşvili ölkəni xilas edə biləcək tək şəxsdir”

Bu gün hakim Gürcü Arzusu Partiyası siyasi bankrot olub.

Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze söyləyib. Onun sözlərinə görə, xüsusilə, bu, Zuqdidi rayonunda Vahid Milli Hərəkatın liderlərinə edilən hücumdan sonra tam aydın olub:

"Praktiki olaraq bütün Gürcüstan həmin şəxslərin cəzalandırılmasını tələb edir ki, bu da hakimiyyət üçün böyük zərbədir. Bundan başqa, hökumətin daxilində hazırda parçalanma gedir. Aydındır ki, belə bir şəraitdə Vahid Milli Hərəkat Partiyasının seçkidə qalib gəlməsi şansı üstündür. Problem ondadır ki, hazırda Milli Hərəkatın daxilində də fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqlarının bir qismi demokratik proses olsa da, digər qismi xaricdən yaradılır. İndiki şəraitdə Mixail Saakaşvili yeganə fiqurdur ki, partiya daxilindəki fərqli qrupları öz ətrafında birləşdirə bilər. Ona görə də Saakaşvilinin Gürcüstan siyasətində mövcudluğu həyati əhəmiyyət daşıyır. Üstəlik, hazırda hökuməti idarə edən oliqarx İvanişvilini Kreml dəstəkləyir. Kremldə Vahid Milli Hərəkat Partiyasının hakimiyyətə gəlməsini istəmirlər. Ona görə də Saakaşvili ölkəni rus oliqarxının idarəetməsindən qurtara biləcək yeganə fiqurdur".

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bir müddət öncə mətbuata açıqlamasında oktyabrda keçiriləcək parlament seçkisindən öncə ölkəsinə qayıdacağını bəyan edib.

Tarix
2016.06.01 / 09:12
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla