Yuxarı

Rusiya və ABŞ iki günə üç addım irəlilədi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və ABŞ iki günə üç addım irəlilədi...

Rusiya və ABŞ iki günün yekunlarına əsasən "üç addım irəliləyiblər".

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.

"Mən deyərdim ki, biz bu gün və dünən çoxsaylı məsələlər üzrə üç addım irəlilədik", - deyə Dmitriyev vurğulayıb.

Onun sözlərinə görə, çox suallar toplanıb – faktiki olaraq üç il ərzində Rusiya və ABŞ arasında heç bir kommunikasiya olmayıb.

"Ona görə də dialoq prosesi, məsələlərin həlli müəyyən vaxt tələb edəcək, lakin bu proses tamamilə pozitiv və konstruktiv şəkildə gedir", - deyə Dmitriyev söyləyib.

Qeyd edək ki, Kirill Dmitriyev ötən gün Vaşinqtonda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla danışıqlar aparıb.

Tarix
2025.04.04 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla