Yuxarı

İsrail Türkiyənin götürdüyü bazanı vurdu - Nə baş verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Türkiyənin götürdüyü bazanı vurdu - Nə baş verir?

İsrail ötən günlərdə Suriyada yerləşən T4 hərbi hava bazasına hücum edərək ciddi dağıntılara səbəb olub. Eyni zamanda, Türkiyənin Suriyada hərbi baza qurmağa hazırlaşdığına dair xəbərlərin yayıldığı bir vaxtda İsrailin bu hücumu bölgədə gərginliyi daha da artırıb.

Axar.az xəbər verir ki, türkiyəli təhlükəsizlik eksperti Eray Güclüər məsələ ilə bağlı açıqlamasında İsrailin Suriyanı işğal etmək gücündə olmadığını bildirib.

“Hazırda Türkiyə ilə İsrail arasında birbaşa silahlı qarşıdurma ehtimalı olduqca aşağıdır. Yalnız təsadüfi bir hadisə, ya da səhv nəticəsində belə bir vəziyyət yarana bilər, amma bu da çox zəif ehtimaldır. Çünki İsrailin Türkiyə ilə hərbi baxımdan rəqabət aparmaq üçün kifayət qədər gücü yoxdur”, - Güclüər vurğulayıb.

Ekspert qeyd edib ki, Türkiyənin Suriyada İsrailə qarşı strateji balans yaratmaq üçün istifadə edə biləcəyi çoxlu vasitə mövcuddur. Hazırda Ankara İsrailin aqressiv davranışlarını önləmək üçün siyasi zəmin formalaşdırır və bu prosesi ABŞ ilə birlikdə aparır:

“Artıq ABŞ da İsrailin bütün tələblərini əvvəlki kimi qəbul etmir. Çünki böyük strateji planda Suriya əsas hədəf deyil – əsas diqqət daha şərqdəki məsələlərə, o cümlədən Orta Şərqə və İrana yönəlib”.

Ekspertin fikrincə, ABŞ-ın bu strategiyası çərçivəsində Türkiyə də siyasi zəmin yaradaraq Suriyadakı vəziyyətin bu ölkənin öz gücü ilə həll olunmasına çalışır:

“Bunlar asan işlər deyil, amma texniki baxımdan İsrailin Türkiyəni və onun bölgədəki varlığını təsirsiz hala gətirməsi çox çətin məsələdir. Hazırda Suriyada örtülü bir müharibə gedir. Suriya ilə İsrail sərhədi arasında İsrailin dürziləri qaldırmağa cəhd etməsi, Dərada yerli əhalinin buna reaksiya verməsi və Tartus–Lazkiyə xəttində baş verən üsyan cəhdi bunun bariz nümunələridir. Həmçinin Fəratın şərqindəki PKK varlığına qarşı Türkiyənin təzyiqləri də davam edir. Türk kəşfiyyatı və milli güc strukturları bölgədə aktiv fəaliyyət göstərir”.

Tarix
2025.04.06 / 08:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Ərsin Tatar Qəbələyə gəldi

Səhiyyə kralı vəfat etdi - Nazirlik silkələnir

Tramp Azərbaycanın qardaşı ilə birləşdi - Loqinova

İlham Əliyev Qəbələdə TDT-nin baş katibini qəbul etdi

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

Viktor Orban Azərbaycana gəlir

Türkiyə nüvə silahı əldə edib? – Sensasion detallar

Qonşudan PUA buraxıldı, xəbər etdik, qoşun yeridildi - Qudərzi

Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?

Bərdənin raket atəşinə tutulmasından 5 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla