Yuxarı

Kadırovun hakimiyyətinin 18 ili – Müraciət yaydı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırovun hakimiyyətinin 18 ili – Müraciət yaydı

Çeçenistan rəhbəri Ramzan Kadırov regionun rəhbəri kimi fəaliyyətinin 18-ci ildönümü ilə bağlı müraciət yayıb.

Axar.az xəbər verir ki, bu barədə Kadırov Teleqram kanalında yazıb.

“Bu gün Çeçenistan Respublikasının rəhbəri kimi vəzifəyə başlamağımdan 18 il ötür. Bu illər sınaqlarla, zəhmətlə və böyük məsuliyyətlə dolu olub. Amma tale başqa cür getsəydi, bu vəzifəni mənim əziz atam, Çeçenistan Respublikasının ilk prezidenti, Rusiya Qəhrəmanı Əhməd Hacı Kadırovun tutmasına üstünlük verərdim. Mən bu məsuliyyəti şəxsi ambisiyamdan götürməmişəm. Əgər çeçen xalqına inanmasaydım, respublikamızın sonsuz potensialına, çeçenlərin əyilməz ruhuna güvənim olmasaydı, regiona rəhbərlik etməyə razı olmazdım”, - o bildirib.

R.Kadırov uzun bir yol keçdiklərini və görünməmiş zirvələrə çatdıqlarını vurğulayıb:

“Bu gün Çeçenistan Respublikası Rusiyanın ən inkişaf etmiş, təhlükəsiz və firavan regionlarından biridir. Biz bütün dünyaya sübut etdik ki, xalqımız yaradıcı, zəhmətkeşdir və güclü ruhlu, istənilən çətinliyə qalib gələ bilən, ən iddialı məqsədlərə çata biləndir. Biz bununla kifayətlənməyəcəyik, qarşıda bizi yeni üfüqlər və yeni zirvələr gözləyir ki, biz buna əlbəttə ki, nail olmaq niyyətindəyik”.

Tarix
2025.04.06 / 01:47
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla