Yuxarı

Çubays Putinə müraciət etdi: Sizi məhv edəcəklər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çubays Putinə müraciət etdi: Sizi məhv edəcəklər

Mülkləri və pullarına həbs qoyulmasından sonra rusiyalı oliqarx, “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

“Rusiyada vəziyyət getdikcə pisləşir, genişmiqyaslı böhran yaxınlaşır, Ukrayna məsələsi ilə bağlı danışıqlar zəif gedir, sanksiyalar ləğv edilmir. Bunun qəzəbini kimdən çıxarmaq olar? Əlbəttə, Çubaysdan. Vladimir Vladimiroviç, şəxsən sizdən incimirəm. Ancaq bir neçə müşavirinizdən, habelə hökumətdəki və Kremldəki təxribatçılardan qurtulmasanız, sizi və bütün Rusiyanı məhv edəcəklər”, - Çubays bildirib.

Çubays müraciətində həmin şəxslərin adlarını açıqlamasa da, bildirib ki, onlar Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanı istefaya göndərmək istəyirlər.

Qeyd edək ki, “Rosnano”nun şikayəti əsasında Rusiyada Anatoli Çubaysın mülkləri və pullarına həbs qoyulub.

Tarix
2025.04.06 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla