
Müdafiə və milli təhlükəsizlik xərcləri kəskin artırıldı
18:12
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Aprelin 9-da Britaniya şahzadəsi Harri elan olunmamış səfərlə Ukraynanın qərbindəki Lvov şəhərinə gəlib və burada yerli klinikaya baş çəkib.
Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Telegraf” qəzeti məlumat yayıb.
Məlumata görə, şahzadə ukraynalı hərbçilərin müalicə aldığı reabilitasiya mərkəzində olub:
“Bundan əlavə, o, Ukraynanın veteranlarla iş üzrə naziri Nataliya Kalmıkova ilə görüşüb. Şahzadə Harrinin Lvova səfəri yalnız Böyük Britaniyanı tərk etdikdən sonra elan edilib. Şahzadə artıq rəsmi olaraq kraliyyət vəzifələrini yerinə yetirmədiyi üçün Bukingem Sarayına səfər barədə əvvəlcədən məlumat verilməyib”.
Tarix
2025.04.11 / 11:54
|
Müəllif
Zeynəb Əkbər
|