Yuxarı

İzmirdə ictimai nəqliyyatda gediş haqqı artırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İzmirdə ictimai nəqliyyatda gediş haqqı artırıldı

Türkiyənin İzmir şəhərində ictimai nəqliyyatda gediş haqqı artırılıb.

Axar.az xəbər verir ki, bu barədə İzmir Böyükşəhər Bələdiyyəsi nəzdində Nəqliyyat Koordinasiya Mərkəzi qərar qəbul edib.

Qərara əsasən, şəhərin mərkəzi hissəsində ictimai nəqliyyatda gediş haqqı 25 faiz artırılıb.

Bildirilib ki, “İzmirim kart”la gediş haqqı 20 lirədən 25 lirəyə qalxıb. Müəllimlərin istifadə etdiyi gediş kartında isə dəyişiklik olmayıb (17,72 lirə).

60 yaşdan yuxarı vətəndaşlar üçün gediş haqqı 20 lirə (12,87% artım), tələbə üçün isə 10 lirədir (16,55% artım). Yaşı 65 və yuxarı olan sərnişinlər ictimai nəqliyyatdan əvvəlki kimi pulsuz istifadə edəcək.

Bundan başqa, Tələbə Abunə Kartı (aylıq 100 gediş/480 lirə) üçün qiymət dəyişikliyi yoxdur.

Eyni zamanda, saat 05:00-07:00 və 19:00-20:00 arası sərnişinlər 50 faiz endirimlə səyahət edə biləcəklər.

Həmçinin 90 dəqiqə ərzində təkar istifadə pulsuz olacaq.

Yeni qərar aprelin 12-dən tətbiq ediləcək.

Tarix
2025.04.11 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

Babişin Azərbaycana səfəri başa çatdı - Foto

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla