Yuxarı

İran və ABŞ arasında danışıqlar başa çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran və ABŞ arasında danışıqlar başa çatdı

10:50

İranın xarici işlər naziri Abbas Arakçı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün keçiriləcək nüvə danışıqları çərçivəsində Omanın paytaxtı Maskata səfər edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb.

Hər iki tərəfin Omanın xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşlər keçirəcəyi gözlənilir.

Danışıqların yaxın bir neçə saat ərzində Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə başlanacağı bildirilir.

Qeyd edək ki, S.Uitkoff da hazırda Maskatdadır.

Xatırladaq ki, bu, Trampın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra Tehran və Vaşinqton arasında ən yüksək səviyyəli ilk danışıqlardır.

***

İran və ABŞ arasında dolayı danışıqların ilk raundu başlayıb.

Bu barədə İran XİN sözçüsü İsmayıl Bəqai bildirib.

Qeyd edilib ki, nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaq və Oman rəsmiləri mesajları çatdıracaq.

***

İranın xarici işlər naziri Abbas Arakçı ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən dolayı danışıqlar başa çatıb.

Bu barədə İran XİN məlumat yayıb.

Tarix
2025.04.12 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla