Yuxarı

Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir

Ukrayna Müdafiə Qüvvələrinin Kursk və Belqorod vilayətlərində mövcudluğu üç əsas məqsəd daşıyır – hərbi, siyasi və psixoloji.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyat Şurasının sədri İvan Timoçko deyib.

“Bu, vaxtilə Rusiyanı xeyli kiçik olan İçkeriyaya güzəştə getməyə məcbur edən amildir. İçkeriya təşəbbüs göstərdi və öz ərazilərindən kənara çıxaraq Rusiyanın dərinliklərinə daxil oldu. Bu, ilk dəfə olaraq rus komandanlığını sülh sazişlərinə getməyə vadar etdi. Bizim tədbirlərimiz və Rusiya ərazisindəki mövcudluğumuz Rusiya haqqında yaradılmış “məğlubedilməzlik” və Putinin hər şeyi nəzarətdə saxlaya bilməsi kimi narrativi darmadağın edir. Bu isə beynəlxalq danışıqlarda kifayət qədər güclü mövqe tutmağa imkan verir”, – deyə Timoçko bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya bir daha Xarkov və Sum vilayətlərinə hücuma keçmək istəyir. Lakin Ukrayna Müdafiə Qüvvələrinin Rusiya ərazisində mövcudluğu işğalçıların planlarını pozur:

“Onlar əsgərlərini bu istiqamətlərdə saxlamağa məcburdurlar, çünki bizdən onlar üçün potensial təhlükə mövcuddur. Ona görə də indi biz diqqətlə izləyəcəyik ki, onlar harada hücuma hazırlaşırlar və hücuma keçə bilərlər. Biz isə az sayda qüvvə ilə onların ordusunu öz ərazilərində cəmləşməyə məcbur edəcəyik”.

Tarix
2025.04.17 / 09:14
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla