Yuxarı

Putinin qəfil atəşkəs qərarının arxasında nə dayanır? - CNN

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin qəfil atəşkəs qərarının arxasında nə dayanır? - CNN

Putinin "Pasxa atəşkəsi" qəfil, qısa və birtərəfli oldu. Bu, Rusiyanın sülh məsələsinə yanaşmasında nümayiş etdirdiyi “vəhşi sinizmi” aydın şəkildə göstərdi.

Axar.az xəbər verir ki, bu barədə CNN-də yayımlanan süjetdə bildirilib.

Vurğulanıb ki, Kremlin bəyanatı Vaşinqtonun yaxın günlərdə Moskvanın sülhə ciddi yanaşıb-yanışmadığını təsdiqləmək istədiyini bildirdiyi vaxtda elan edilib:

“Lakin bu qəfil bəyanat hələ yayımlanmamışdan öncə belə o qədər praktiki çatışmazlıqlarla doludur ki, çox güman, Putin tərəfindən sadəcə olaraq Kiyevin müharibəni dayandırmaq istəmədiyi barədə yalan təsəvvürünü saxlamaq üçün istifadə olunacaq. Ukrayna qüvvələri üçün isə belə qəfil və dərhal qüvvəyə minən atəşkəs logistik kabusa çevriləcək”.

Nəşrin iddiasına görə, daha böyük çətinlik dezinformasiya ilə bağlı olacaq:

“Bu, qoşunlarda atəşkəsin pozulub-pozulmadığını anlamaq, pozuntuların qeydə alınması və onlara necə reaksiya verilməsi ilə bağlı çaşqınlıq yaradacaq. Eyni zamanda, qəfil elan olunmuş atəşkəsin bitdiyi anda nə ediləcəyi ilə bağlı da qeyri-müəyyənlik yarana bilər”.

Qeyd edək ki, Rusiya Pasxa bayramı ilə əlaqədar Ukraynada bütün hərbi əməliyyatları ötən gün saat 18:00-dan 21 aprel saat 00:00-a qədər dayandırdığını elan edib. Ukrayna Prezidenti Zelenski də atəşin dayandırılması ilə bağlı göstəriş verib.

Tarix
2025.04.20 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla