Yuxarı

Suriyada gərginlik pik həddə: çox sayda ölən var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada gərginlik pik həddə: çox sayda ölən var

Dəməşqin kənarında yerləşən Əşrəfiyyə Səhnaya qəsəbəsində silahlı qruplaşmalarla hökumət qüvvələri arasında yenidən toqquşma olub.

Axar.az xəbər verir ki, bu barədə hökumətin təhlükəsizlik xidmətinin nümayəndəsi məlumat yayıb.

Bildirilib ki, toqquşmalar zamanı təhlükəsizlik xidmətinin 16 əməkdaşı öldürülüb. Silahlı qruplaşmalar bir neçə yolu bağlayıb. Onları təqib etmək üçün qəsəbəyə təhlükəsizlik qüvvələrinin böyük kontingenti gəlib və komendant saatı tətbiq olunub.

Suriya TV-nin məlumatına görə, son bir neçə saat ərzində çox sayda dinc sakin ölüb və yaralanıb.

Qeyd edək ki, ötən gün Suriyanın cənubunda druzlarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.

Belə ki, yerli druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi müsəlmanların hiddətinə səbəb olub və nəticədə bölgədə gərginlik yaranıb. Hökumət qüvvələri isə druzlarla suriyalı ərəblər arasında başlamış qarşıdurmanı yatırmaq məqsədilə ölkənin cənubuna göndərilib.

Bu gün isə İsrail druzların müdafiəsinə qalxıb və Dəməşqin ətrafına zərbələr endirib.

Tarix
2025.04.30 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla