Yuxarı

Suriyada hökumətlə druzlar razılaşdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada hökumətlə druzlar razılaşdı

Suriyada druzların məskunlaşdığı Dəməşqin ətraf bölgələrində iki gün davam edən silahlı toqquşmalardan sonra bu gün atəşkəs razılaşması qüvvəyə minib.

Axar.az xəbər verir ki, bu barədə Suriya TV məlumat yayıb.

Qeyd olunub ki, ötən gün Suriya rəsmiləri ilə druz icmasının ağsaqqalları Dəməşq yaxınlığında görüş keçirilib.

Nəticədə Suriya təhlükəsizlik qüvvələrinin hərbçilərinə hücum edən və 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumu törədən cinayətkarların hüquq-mühafizə orqanlarına təslim edilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi müsəlmanların hiddətinə səbəb olub və nəticədə bölgədə gərginlik yaranıb. Hökumət qüvvələri isə druzlarla suriyalı ərəblər arasında başlamış qarşıdurmanı yatırmaq məqsədilə ölkənin cənubuna göndərilib. Lakin bundan hiddətlənən druzlar ordu bölmələrinə atəş açıblar.

Tarix
2025.05.01 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla