Yuxarı

Çin yerin fırlanmasını yavaşladıb - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin yerin fırlanmasını yavaşladıb - Şok

Çinin “Üç uçurum” bəndinin tikintisi Yer kürəsində günləri uzadıb. Bu, planetin fırlanmasının yavaşlaması səbəbindən baş verib.

Axar.az xəbər verir ki, bu iddia ilə NASA-nın Qoddard adına kosmik uçuşlar mərkəzinin geofiziki Bencanim Fonq Çao çıxış edib.

“Çinin “Üç uçurum” bəndi səbəbindən gün 0,06 mikrosaniyə uzanıb və Yerin oxu təxminən 2 sm tərpənib. Müqayisə üçün qeyd edək ki, bu, Kainatın mövcud olduğu bütün dövr üçün 3 gündən bir qədər artıqdır”, - geofizik bildirib.

Onun sözlərinə görə, bəndin suyunun böyük həcmi planetin kütləsinin paylanmasını dəyişərək onun ətalətini artırıb:

“Kütləni hər dəfə hərəkət etdirdiyiniz zaman Yerin fırlanmasını dəyişirsiniz. Təsiri çox kiçikdir, lakin ölçülə biləndir”.

Qeyd edək ki, “Üç uçurum” bəndi Çinin Hubey əyalətində Yantszı çayı üzərində yerləşir. 2012-ci ildə tikilən bəndin uzunluğu 2335 metr, hündürlüyü isə 185 metrdir. Təxminən 40 kub kilometr su saxlayır. Su elektrik stansiyası Çinin enerji sisteminin əsas elementidir. Onun gücü 22500 meqavatdır və 15 nüvə reaktoru qədər enerji istehsal edir.

Tarix
2025.05.02 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla