Yuxarı

Hindistan qırıcıları barədə miflər məhv edildi - Qeysər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan qırıcıları barədə miflər məhv edildi - Qeysər

Hindistan qırıcıları barədə miflər məhv oldu. Pakistan Hərbi Hava Qüvvələri Hindistan ordusuna məxsus Fransa istehsalı olan “Rafale” və Rusiya istehsalı olan Su-30 təyyarələrini vuraraq yüksək döyüş hazırlığı nümayiş etdirib.

Axar.az xəbər verir ki, bunu “Qafqaz Bürosu”na pakistanlı ekspert Qeysər Nəvab Pakistan və Hindistan arasındakı gərginliyi şərh edərkən deyib.

“Əməliyyat Hindistan qırıcılarının texniki üstünlüyü haqqında miflərə meydan oxudu, güc və milli qürur simvolu olan Pakistanın “JF-17 Thunder” təyyarəsinin effektivliyini göstərdi. Pakistanın bütün təyyarələri bazalarına qayıdıb və ölkənin əsas strateji obyektləri etibarlı mühafizə altındadır. Pakistan xüsusən də mülki şəxsləri hədəf alan hücumlar baş verdikdə, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququna əl atır. Hindistanın cavabı ciddi yanlış hesablama idi. Pakistan nəinki özünü müdafiə etmək qabiliyyətini sübut etdi, həm də sülh və regional sabitliyə sadiqliyini bir daha təsdiqlədi. Bunun fonunda Azərbaycan Pakistana qardaş dəstəyini bir daha göstərdi. Münasibətlərimiz ümumi dəyərlərə, tarixi həmrəyliyə və beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyə əsaslanır. Belə möhkəm dostluq müsəlman dünyasında strateji tərəfdaşlıq nümunəsidir, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verir”, - Qeysər bildirib.

Tarix
2025.05.07 / 15:31
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla