Yuxarı

Türkiyədə son 7 saatda üçüncü zəlzələ oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə son 7 saatda üçüncü zəlzələ oldu

09:06

İstanbul sahilində 4,1 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Mərmərə dənizində baş verib. Yerli vaxtla 07:18-də qeydə alınmış zəlzələnin ocağı 13,6 km dərinlikdə yerləşib.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) isə zəlzələ maqnitudasının 3,8 olduğunu açıqlayıb.

Bildirilib ki, seysmoloji hadisənin episentri şəhərin Böyükçəkməcə rayonundan 20 km cənubda yerləşib, ocağı isə 6,84 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, yerli vaxtla saat 02:30-da Egey dənizində də 4,9 bal gücündə zəlzələ baş verib.

***

Antalyanın Kumluca rayonu ərazisində 3,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Zəlzələ ocağı 29 kilometr dərinlikdə yerləşib.

Tarix
2025.05.13 / 09:44
Müəllif
Axar.az
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla