Yuxarı

Etiraf etmək istəmirəm, amma rusların PUA-ları... - Firsov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Etiraf etmək istəmirəm, amma rusların PUA-ları... - Firsov

Rusiya işğalçıları artıq pilotsuz uçuş aparatlarını (PUA) kütləvi şəkildə tətbiq etməyə başlayıblar. Onlar bir il əvvəllə müqayisədə daha çox PUA-dan istifadə edirlər.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı keçmiş deputat və hərbçi Yeqor Firsov bildirib.

“Bunu etiraf etmək istəmirəm, amma düşmən dronlardan istifadə sahəsində xeyli irəliləyib. Əgər əvvəllər bu yalnız bir neçə bölmədə müşahidə olunurdusa, indi hər şey geniş miqyasda həyata keçirilir”, – deyə o qeyd edib.

Firsov vurğulayıb ki, Ukrayna sensorları havada çox sayda dron qeydə alır. Üstəlik, ruslar PUA-ları daha yaxşı idarə etməyi öyrəniblər:

“Əvvəllər biz düşmənin videolarına qoşulanda onların necə qəribə və gülməli şəkildə uçduqlarına baxıb gülürdük. Hərəkətləri xaotik idi və cəmi bir neçə kilometr məsafəni əhatə edirdi. İndi isə düşmənin sistemli uçuşları 10-15 kilometr dərinliyə qədər həyata keçirilir – bu artıq reallıqdır. Burada 1-2 uçuşdan söhbət getmir, söhbət PUA “sürüləri”ndən gedir ki, onlar sistemli şəkildə 10-15 km dərinliyə qədər hücumlar təşkil edirlər”.

Firsov əlavə edib ki, ruslar həmçinin radioelektron mübarizə vasitələrinin tətbiqində də irəliləyiş əldə ediblər. Bununla belə, ukraynalı hərbçilər onların da qarşısını almağı öyrənib.

Tarix
2025.05.15 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla