Yuxarı

Afinadan Türkiyəyə şərt: “Kazus belli” qərarını ləğv et!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afinadan Türkiyəyə şərt: “Kazus belli” qərarını ləğv et!

Yunanıstan Türkiyənin Avropa Birliyinin müdafiə proqramlarında iştirakına mane olmaq üçün yeni addım atmağa hazırlaşır. Afina rəhbərliyi Ankaranın AB-nin müdafiə fondlarından yararlanması üçün “kazus belli” – yəni “müharibə səbəbi” qərarını ləğv etməsini tələb edir.

Axar.az xəbər verir ki, Yunanıstanın Baş naziri Kiryakos Miçotakis AB-nin üçüncü ölkələrlə hər hansı müdafiə razılaşması imzalaması üçün üzv ölkələrin yekdil razılığı tələb olunduğunu bildirib.

“Əgər Türkiyə bu proqramlarda yer almaq istəyirsə, bizim narahatlıqlarımızı da nəzərə almalıdır”, – Miçotakis vurğulayıb.

Baş nazirin sözlərinə görə, “kazus belli” qərarının üzərindən 30 il keçib və artıq bunun ləğvi zamanı çatıb:

“Bir tərəfdən AB-nin maliyyə imkanlarından yararlanmaq istəyirsən, digər tərəfdən isə AB üzvü bir ölkə hüququnu istifadə etsə, onu müharibə ilə hədələyirsən. Bu, mümkün deyil. Prezident Ərdoğanla münasibətlərimiz yaxşıdır, bu məsələni şəxsən onunla müzakirə edəcəyəm”.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi 1995-ci ildə qəbul etdiyi qərarla Yunanıstanın Egey dənizində su sərhədini 6 mildən çox genişləndirməsini müharibə səbəbi kimi qiymətləndirib və bu halda hökumətə hərbi tədbirlər də daxil olmaqla bütün səlahiyyətləri verib.

Tarix
2025.05.24 / 10:11
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla