Yuxarı

Ukraynaya raket və PUA hücumu: ölü və yaralılar var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynaya raket və PUA hücumu: ölü və yaralılar var

Rusiya bu gecə Ukraynaya dron və raketlərlə güclü zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zərbələr nəticəsində çoxlu dağıntılar baş verib, ölən və yaralananlar var.

Kiyev vilayətinə hücum zamanı 4 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Odessa vilayətinə PUA hücumu nəticəsində yaşayış binalarının yaxınlığındakı avtomobil dayanacağında yanğın baş verib, 20 avtomobil yanıb.

Jitomir vilayətinə hücum zamanı 8, 12 və 17 yaşlarında 3 uşaq ölüb, daha 12 nəfər yaralanıb.

Ternopol vilayəti də “Kalibr” raketindən atəşə tutulub. Zərbə nəticəsində sənaye müəssisələrindən birinin binası zədələnib, 1000 kv.m sahədə yanğın baş verib.

Nikolayev vilayətinə PUA hücumu nəticəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Ölü və yaralıların olduğu bildirilir.

Xmelnitski vilayətinə hücum nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib. Vilayət administrasiyasının rəhbəri Sergey Türinin sözlərinə görə, 4 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Hücum nəticəsində 6 fərdi ev tamamilə dağılıb, 20-dən çox evə ziyan dəyib.

Çerniqov vilayətinə də hücum zamanı bir neçə yaşayış binası zədələnib.

Tarix
2025.05.25 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla