Yuxarı

ABŞ hərbi gəmiləri Baltik dənizinə daxil oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ hərbi gəmiləri Baltik dənizinə daxil oldu

ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı operativ donanmasına məxsus "Paul İgnatius" raket esminesi və "Mount Uitni" qərargah gəmisi NATO-nun “Baltops 2025” təlimlərində iştirak etmək üçün Baltik dənizinə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, “Mount Uitni” müxtəlif dəniz qüvvələrinin əməliyyatlarını idarə etmək üçün uyğunlaşdırılmış gəmidir.

“O, kifayət qədər böyük donanma birləşmələrini və genişmiqyaslı əməliyyatları idarə edə bilər. ABŞ-ın bu qərargah gəmisi tez-tez Baltik dənizinə daxil olur”, – hərbi ekspert Dmitri Kornev nəşrə açıqlamasında deyib.

Nəşrin məlumatına görə, “Paul İgnatius” esminesi isə “Arleigh Burke” tiplidir və 56 ədəd müxtəlif tipli "Tomahavk" qanadlı raketinin buraxılış qurğuları ilə təchiz olunub:

“Bu raketlər Uraladək çata bilər. Gəmi həmçinin “Aegis” hava hücumundan müdafiə sisteminin daşıyıcısıdır”.

Qeyd edək ki, NATO-nun “Baltops 2025” hərbi-dəniz manevrləri 3 iyun tarixində başlayıb. Bu təlimlər 1972-ci ildən bəri hər il Baltik dənizində keçirilir.

Tarix
2025.06.04 / 16:33
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla