Yuxarı

Zelenski “Hörümçək toru” əməliyyatından danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski “Hörümçək toru” əməliyyatından danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski “Hörümçək toru” əməliyyatını şərh edərkən bildirib ki, bu əməliyyat zamanı yalnız Ukrayna istehsalı olan silahlardan istifadə olunub və müttəfiqlərin anbarlarından heç bir avadanlıq cəlb edilməyib.

Axar.az xəbər verir ki, bu barədə Zelenski “ABC Nyus”a müsahibəsində deyib.

“Mən yalnız özümüzün istehsal etdiyimiz vasitələrdən istifadə olunmasını çox istədim. Bu məsələdə tam dəqiqlik qorunurdu”, - Ukrayna lideri bildirib.

Zelenski qeyd edib ki, Rusiya daxilində mobil evləri və digər konteynerləri daşıyan sürücülər onların içində dronların olduğunu bilməyiblər.

Qeyd edək ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən həyata keçirilən “Hörümçək toru” əməliyyatı nəticəsində Rusiyanın dörd aerodromunda strateji bombardmançı təyyarələr vurulub. UTX rəhbəri Vasili Malyuk bildirib ki, bu əməliyyat zamanı Rusiyanın əsas aerodromlarında yerləşən qanadlı raket daşıyıcılarının 34 faizi sıradan çıxarılıb.

Tarix
2025.06.07 / 13:04
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirildi

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla