Yuxarı

ABŞ Ukraynanı “göz və qulaq”dan məhrum edəcək? - FP

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Ukraynanı “göz və qulaq”dan məhrum edəcək? - FP

ABŞ Prezidenti Donald Trampın ictimai şəkildə Ukraynaya hərbi yardımın dayandırılmasına çağırış etməsinə baxmayaraq, onun administrasiyası Ukrayna Silahlı Qüvvələrinə əsas kəşfiyyat, o cümlədən peyk məlumatlarının və uzaqmənzilli zərbələr üçün vacib hədəflərin koordinatlarının ötürülməsini dayandırmağı planlaşdırmır.

Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri Vaşinqtondakı mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, Ukraynada hələ də Trampın fikrini dəyişəcəyinə və ölkəyə daha çox yardım edəcəyinə ümid edirlər. Lakin məqalənin müəllifləri daha real ssenari kimi Trampın diplomatik proseslərdə fəallıqdan imtina edəcəyini və ABŞ silahlarının Kiyevə tədarükünü dayandıracağını ehtimal edirlər. Bununla belə, Tramp administrasiyasının Ukraynadan tamamilə imtina etməyəcəyi də vurğulanır.

“Amerikalı siyasətçilər – onların arasında əksəriyyət respublikaçılardır – anlayırlar ki, Ukraynanın mümkün məğlubiyyətindən Vaşinqton çox şey itirə bilər. ABŞ əvvəlki dəstəyə bənzər təkliflər verməyə qadirdir və yəqin ki, bunu edəcək, əgər bu, Vaşinqton üçün çox baha başa gəlməzsə...” – deyə məqalədə bildirilir.

Vaşinqtondakı insayderlər deyirlər ki, Tramp administrasiyası Ukraynanın ABŞ-ın peyk kəşfiyyatına çıxışını dayandırmayacaq. Bu məlumatlar dəqiq zərbələrin endirilməsi üçün həlledici əhəmiyyət daşıyır və Amerika peykləri Ukrayna Silahlı Qüvvələrinin “gözləri və qulaqları” adlandırılır.

Tarix
2025.06.10 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında...

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı - Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram ki, Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla