Yuxarı

Film kimi əməliyyat: Minlərlə zabit bu cür izlənilib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Bəşər Əsəd rejiminin çökməsindən əvvəl rejimə bağlı minlərlə zabitin telefonuna casus proqram vasitəsilə sızıldığı üzə çıxıb. Əməliyyat nəticəsində çox sayda yüksək rütbəli zabit ifşa edilib. Lakin bu casusluq əməliyyatının hansı ölkə və ya qurum tərəfindən həyata keçirildiyi hələ də məlum deyil. Müxalif qrupların Əsəd rejiminə qarşı hərbi əməliyyata başlamasından təxminən beş ay əvvəl bu prosesin ilk mərhələsinə start verilib.

Axar.az xəbər verir ki, “Nyu Layns”a danışan keçmiş rejim zabitinin sözlərinə görə, 2024-cü ilin iyununda “zabitlərə yardım” adı altında mobil tətbiq yayılmağa başlayıb. Tətbiq Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin dəstəklədiyi Suriya İnkişaf Fonduna bənzədilərək, “Syria Trust for Development” adı ilə təqdim edilib.

“Qeyri-rəsmi Teleqram kanalından yayılan tətbiqin sadə və etibarlı interfeysi zabitlər arasında şübhə doğurmayıb. Onlar tətbiqi yükləyərək yönləndirildikləri vebsaytlarda şəxsiyyət, ailə və ordudakı vəzifələri ilə bağlı məlumatları könüllü şəkildə təqdim ediblər. Həmin saytlarda yerləşdirilən fişinq üsulları vasitəsilə bütün bu məlumatlar ələ keçirilib.

Bu yolla rejim ordusunda yüksək vəzifə tutan komandirlər, rabitə və kəşfiyyat zabitləri barədə geniş məlumat bazası formalaşdırılıb. Nəticədə Suriya ordusunun strukturu və kritik mövqelərdəki şəxslərin kimlikləri tam şəkildə ifşa olunub”, -zabit nəşrə məlumatında bildirib.

Qeyd olunub ki, əməliyyatın ikinci mərhələsində telefonlara casus proqramı yüklənib:

“Əməliyyatın ikinci mərhələsində isə “SpyMax” adlı casus proqram zabitlərin telefonlarına yüklənib. Bu proqram vasitəsilə mikrofon, kamera, mesajlar, şəkillər və hətta real vaxtda yerləşmə kimi vacib məlumatlar izlənilib. Casus proqramın APK faylları şəklində yayılması ehtimal olunur.

Peşəkar şəkildə və gizliliklə həyata keçirilən bu genişmiqyaslı kiber casusluq əməliyyatının arxasında hansı qurumun dayandığı bilinmir. İndiyə qədər ən azı 1500 zabitin bu əməliyyatda hədəfə alındığı güman olunur”.

Tarix
2025.06.10 / 12:23
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İrandakı diplomatlarımızın ailə üzvləri təxliyə olundu

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

İsrail “II mərhələyə” keçdi: İranı məğlub etmək və…

ABŞ çağırış etdi: İranı Azərbaycan vasitəsilə tərk edin!

İrana bu qüvvə hücum edəcək, yeni dövlət yaradılacaq - Ssenari

Bütün azərbaycanlı qardaşlarıma... - Ərdoğan

Türkiyə MN Azərbaycanı təbrik etdi

İlham Əliyev iki ölkənin səfirini qəbul etdi

ÇAXAL-dan görünməmiş çağırış: İranlılar, bu ərazidən qaçın!

Mürəkkəb geosiyasi hadisələr baş verir: milli, regional və…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla