Yuxarı

Trampın şok səs yazısı: Moskva və Pekini bombalayacam!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın şok səs yazısı: Moskva və Pekini bombalayacam!

ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Səs yazısının Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayıldığı bildirilir.

Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışığında onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “O (Putin), mənə dedi ki, sənə inanmıram. Məncə, o, həqiqətən də mənə inanmadı”.

ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Szinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır:

“Ona (Si Szinpin) dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar, sadəcə, mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”.

CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir.

Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib.

Tarix
2025.07.09 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla