Yuxarı

Pentaqon bu məhdudiyyətləri ləğv etdi: Çin və Rusiyaya qarşı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pentaqon bu məhdudiyyətləri ləğv etdi: Çin və Rusiyaya qarşı...

Pentaqon rəhbəri Pit Heqset pilotsuz uçuş aparatlarının istehsalını və yerləşdirilməsini sürətləndirməyi tapşırıb. O, bu sahədə Rusiya və Çinlə rəqabətdə ABŞ-ın üstünlük qazanmasına çalışır.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” telekanalı məlumat yayıb.

Kanalın əldə etdiyi bir neçə sənədə əsasən, müdafiə naziri innovasiyaların qarşısını alan bəzi bürokratik çətinlikləri aradan qaldırıb və məhdudiyyətləri ləğv edib.

Sənədlərdən birində belə deyilir: “Dronların öldürücülüyü artıq bizim özümüzə qoyduğumuz qaydalarla məhdudlaşdırılmayacaq”.

Qeyd olunur ki, ilk dəfə olaraq polkovnik və kapitan rütbəsində olan zabitlər 3D çap texnologiyası ilə hazırlanmış PUA-ları müstəqil şəkildə almaq və sınaqdan keçirmək səlahiyyətinə malik olacaqlar. Bundan əlavə, onlar əlavə yoxlamalar olmadan dronlardan istifadəyə operativ şəkildə başlaya biləcəklər.

“Daha öncə də ABŞ Prezidenti Donald Tramp bildirib ki, Silahlı Qüvvələr Ukraynada döyüş əməliyyatlarında dronlardan istifadə təcrübəsini aktiv şəkildə öyrənir”, - telekanal vurğulayıb.

Tarix
2025.07.11 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər

İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri

Azər Bayramov nazir müavini təyin edildi

Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?

İran Ermənistana qarşı hərəkətə keçdi

Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar

İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir

Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla