Yuxarı

ABŞ-la toqquşma istəmirik - Tayani

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-la toqquşma istəmirik - Tayani

Gömrük rüsumları ilə bağlı ABŞ-la toqquşma istəmirik, başımızı dik tutaraq danışıqlar aparmalıyıq.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“Prezident Donald Trampın bu cür hərəkəti gözlənilirdi və mən bunu onun danışıqlar taktikasında bir addım kimi qiymətləndirirəm. Danışıqlar bitməyib və yaxın vaxtlarda Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, vitse-prezident Maroş Şefçoviç və bütün ekspertlərimiz növbəti addımları müəyyən etmək üçün çalışacaqlar. Bildiyiniz kimi, bütün mümkün variantlar artıq nəzərdən keçirilib.

ABŞ-la toqquşma istəmirik, lakin şirkətlərimizi, sənayemizi və işçilərimizi müdafiə etmək istəyirik. Biz başımızı dik tutaraq danışıqlar aparmalıyıq. Bu qeyri-müəyyənlik dövrü başa çatmalıdır. Çünki şirkətlərimizin əminliyə ehtiyacı var, onlar ABŞ-da aydın çərçivədə işləməlidirlər. Mən həmişə optimistəm, amma biz ancaq Avropa sənayesini müdafiə edə bilərik”, - deyə o bildirib.

Tarix
2025.07.13 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla