Yuxarı

Bakıda evin pəncərəsində qeyri-adi rəsm - Video

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda evin pəncərəsində qeyri-adi rəsm - Video

Paytaxt sakini evinin pəncərəsinə maraqlı bir rəsm çəkib. Rəsmə baxanlar orada təsvir edilənlərin sanki həqiqət olduğunu düşünürlər. Pəncərənin önündə dibçəkdə gül, kənarda isə kitab oxuyan bir xanım rəsmi çəkilib. Paytaxt sakini rəsmi evinin pəncərəsini daşla hörərək, suvaq vurulmuş hissəyə çəkib.

Kult.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, sözügedən rəsm paytaxtın Səbail rayonu Məmməd Əfəndiyev küçəsi, Mirzə Fətəli Axundov bağının yaxınlığında yerləşən yaşayış binasındadır. Rəsm elə çəkilib ki, sanki dibçəkdə bitən bitki pəncərəni öz ağuşuna alıb.

İnsanların sıx olduğu ərazidə yerləşən bu binanın pəncərəsinə çəkilən rəsm oradan keçənlərin marağına səbəb olur. Onlar bu rəsmdə təsvir olunan kitab oxuyan qızın mütaliəyə marağı artıracağını düşünürlər.

Qeyd edək ki, son vaxtlar şəhərin müxtəlif yerlərində də divarlarda bu cür rəsmlərə tez-tez rast gəlinir.

Tarix
2019.03.05 / 01:08
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla