Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2019


Bakı və Parisin gördüyü işlərin nəticələri ilə bağlı sərgi - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 4-də Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın ölkəmizdəki səfirliyinin, AMEA Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə iki ölkənin arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən sərgi açılıb.

Kult.az xəbər verir ki, sərgidə 10 il ərzində iki ölkənin arxeoloqlarının apardığı birgə tədqiqatlar nəticəsində əldə olunmuş, dünya arxeologiyası üçün böyük əhəmiyyət kəsb edən nadir tapıntılar nümayiş etdirilir.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının ölkəmiz üçün əhəmiyyətindən danışıb, Azərbaycanın bir çox möhtəşəm tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasını Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri nəticəsində Azərbaycanın YUNESKO ilə münasibətləri yüksək səviyyədədir.

Fransalı arxeoloq Bertiy Lione Azərbaycanda aparılan arxeoloji tədqiqatlardan danışıb. Bildirib ki, o, Azərbaycanın bölgələrində aparılan arxeoloji qazıntılar zamanı təkcə qədimi əşyaları tapmaqla kifayətlənməyib, həmin dövrlərdə yaşayan insanların həyatını, mühitini, sosial və ailə münasibətlərini tədqiq edib.

Fransanın sabiq ətraf mühit naziri Seqolen Royal diqqətə çatdırıb ki, Bakıya YUNESKO-nun 43-cü sessiyası münasibətilə gəlib. İki ölkə arasında elmi əməkdaşlıqdan söz açan fransalı qonaq sərginin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Milli İncəsənət Muzeyinə, AMEA-ya və Fransa səfirliyinə təşəkkürünü bildirib.

Bildirilib ki, Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası 2006-cı ildən başlayaraq fəaliyyət göstərir. Ekspedisiya 2006-2013-cü illərdə Ovçulartəpəsi və Duzdağda, 2013-cü ildən başlayaraq isə Kültəpə və onun ətrafında araşdırma aparıb.

Araşdırmaların nəticələri Cənubi Qafqazın, o cümlədən Azərbaycanın Neolit, Eneolit və Kür-Araz mədəniyyətlərinin müxtəlif problemlərini öyrənməyə imkan verib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyi əməkdaşlarının birgə səyləri ilə Lerik rayonunun Monidigah kəndi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı 200-dən çox maddi-mədəniyyət nümunəsi tapılıb.

Arxeoloqların sözlərinə görə, bu qədim yaşayış məskəni Fransadan olan Morqan qardaşlarının 120 il əvvəl Lerik rayonu ərazisində kəşfiyyat xarakterli qazıntı işlərinin nəticəsi kimi əldə edilən xəritə əsasında aparılan tədqiqatlar zamanı aşkarlanıb.

Tovuz ərazisində aparılan qazıntılar nəticəsində Menteş qədim yaşayış yerində Neolit dövründən Erkən Tunc dövrünə qədər uzun bir tarixi mərhələnin mövcudluğu üzə çıxarılıb.

Qeyd edək ki, Arxeologiya və Etnoqrafiya İnstitutu və Lion-2 Lümieğ Universiteti arasında 2017-ci ilin martında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının nəticələrini əks etdirən eyni mövzulu sərginin gələcəkdə Parisdə və Tiflisdə də təşkil olunması planlaşdırılır.

Tarix
2019.07.05 / 01:41
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Texnologiyada daha bir sensasiya: İlk robot-rəssam...

Səyyar sərgi: “Yenə o bağ olaydı” - Foto

Lavrov Tahir Salahovun sərgisində - Foto

“Dünyanın xilaskarı” vəliəhdin yaxtasından çıxdı

Bakıda “Odun ruhu. Vizual səyahətə dəvət” sərgisi açıldı - Foto

Leyla Əliyeva “Tarixin şah əsərləri” adlı sərgidə - Foto

Leyla Əliyeva Seretelinin sərgisinin açılışında - Foto

Leyla Əliyeva rəsm sərgisinin açılışında - Foto

Leonardo da Vinçinin ikinci portreti tapıldı - Foto

Azərbaycanlıdan Türkiyəyə möhtəşəm hədiyyə - Foto

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla