Yuxarı

"Usubovla görüşümdən sonra..."

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Usubovla görüşümdən sonra..."

Jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Niftəliyevanın (Tofiqqızı) həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində həyatını itirməsi ilə bağlı məsələyə hələ də nöqtə qoyulmayıb.

Modern.az-a açıqlamasında A. Niftəliyev istintaqın davam etdiyini və ekspertizanın 5-ci rəyini gözlədiyini dilə gətirib. "Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşümdən sonra nəticəni gözləyirəm. Vəsatətimdə həkimlərin məni aldadaraq dələduzluq etdiklərini və tamah məqsədi ilə əməliyyat apardıqlarını, həmçinin əməliyyatın ağırlığını göstərmək üçün narkozdan istifadə etdiklərini bildirmişəm. Səhiyyə Nazirliyinin ekspertləri də anesteziya üsulunun seçilməsinin yanlış qərar olduğu barədə ötən il dekabrın 26-da rəsmi açıqlama veriblər. Hazırda məndən klinikaya 10 dəfə artıq pul alınması ilə bağlı ifadəm alınıb, şahidlər də danışıb, qarşı tərəf də ifadə verib və üzləşmə olmalıdır, onu gözləyirəm. Digər tərəfdən isə ekspertizaya göndərilən əlavə 12 sualın cavablanması və bundan sonra istintaqın istiqamətinin müəyyənləşməsi var ki, bu da 10 gün müddətində yekunlaşmalıdır. Çünki ekspertizaya göndərilən sorğunun tarixindən artıq ay yarıma yaxın vaxt keçib. Təəssüf ki, ekspertiza həmişə olduğu kimi cavabları gecikdirir".

Qeyd edək ki, mərhum tənqidçi Elnarə Tofiqqızı 2013-cü ilin 20 sentyabrında "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişib.

Tarix
2014.02.27 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla