Yuxarı

Salatla birgə araq içmək olarmı?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salatla birgə araq içmək olarmı?

Yeni ildə süfrələrdə olan mayonezli paytaxt və digər salatla birgə araq, spirtli içki və alkoqollu kokteyllərin qəbulu təhlükəlidir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq və hepatoloq Sergey Vyalov Yeni il üçün salatları və spirtli içkilərin ən təhlükəli kombinasiyasını açıqlayıb.

Onun sözlərinə görə, olivye salatını şirin və güclü spirtli içkilərlə - yarışirin və ya şirin şampan, şirin kokteyllər və araqla birləşdirmək xüsusilə təhlükəlidir, bu, kəskin pankreatitə səbəb ola bilər.

Qastroenteroloq spirtli içkiləri və yağlı qidaları mədəaltı vəzi üçün ən pis kombinasiya adlandırıb. O, içkilərdəki şəkərin karbohidrat yükünü artırdığını bildirib.

Həkim olivye, eləcə də paytaxt salatını yüngül, şəkərsiz spirtli içkilərlə - quru şərab və ya brut şampan ilə birləşdirməyi təklif edib. O, əlavə edib ki, olivye salatından sonra əsas yemək ağır souslar olmadan bişmiş ət, balıq və ya quş əti ola bilər.

Tarix
2025.12.24 / 02:09
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla