Yuxarı

Hərəkətsizlik xərçəng riskini artırırmı?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərəkətsizlik xərçəng riskini artırırmı?

Son illər aparılan elmi araşdırmalar göstərir ki, fiziki aktivliyin azlığı bir sıra ciddi xəstəliklərin, o cümlədən xərçəngin yaranma riskini artıra bilər. Mütəxəssislərin fikrincə, hərəkətsiz həyat tərzi orqanizmdə maddələr mübadiləsinin zəifləməsinə, artıq çəkinin yaranmasına və immun sisteminin funksiyasının pozulmasına səbəb olur.

Axar.az-ın Milli.az-a istinadən məlumatına görə, tibb mütəxəssisləri bildirirlər ki, uzun müddət oturaq həyat tərzi keçirən şəxslərdə xüsusilə yoğun bağırsaq, süd vəzi və uşaqlıq xərçəngi riskinin daha yüksək olduğu müşahidə edilir. Fiziki aktivliyin az olması hormonal balansın pozulmasına və iltihabi proseslərin artmasına şərait yaradır ki, bu da xərçəng hüceyrələrinin inkişafı üçün əlverişli mühit yarada bilər.

Araşdırmalara əsasən, müntəzəm fiziki aktivlik bədəndə insulin səviyyəsini tənzimləyir, immun sistemini gücləndirir və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan mexanizmləri aktivləşdirir. Gündəlik ən azı 30 dəqiqə orta intensivlikdə fiziki hərəkət sürətli gəzinti, velosiped sürmək və ya yüngül idman sağlamlıq üçün faydalı hesab olunur.

Mütəxəssislər vurğulayırlar ki, hərəkətsizlik təkcə xərçəng deyil, eyni zamanda ürək-damar xəstəlikləri, diabet və piylənmə riskini də artırır. Bu baxımdan sağlam həyat tərzinin formalaşdırılması, xüsusilə gənc yaşlardan fiziki aktivliyə üstünlük verilməsi mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, xərçəngin qarşısının alınmasında düzgün qidalanma, zərərli vərdişlərdən uzaq durmaq və müntəzəm tibbi müayinələrlə yanaşı, aktiv həyat tərzi əsas qoruyucu amillərdən biridir.

Tarix
2025.12.26 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla