Yuxarı

Bu qan qrupuna aid olanlar çox yaşayır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qan qrupuna aid olanlar çox yaşayır

Tədqiqatçılar 100 yaşdan yuxarı fərdlər üzərində apardıqları araşdırmalar zamanı qan qrupları ilə ömür uzunluğu arasında diqqətçəkən əlaqə aşkarlayıblar.

Axar.az Milli.az istinadən xəbər verir ki, araşdırmaya görə, I (O) qan qrupu digərləri ilə müqayisədə daha uzunömürlülüklə əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, təkcə qan qrupu uzun ömür üçün həlledici amil olmasa da, sağlam həyat tərzi ilə birlikdə bu faktor mühüm rol oynaya bilər.

Aparılan elmi tədqiqatlarda I (O) qan qrupuna malik şəxslərin bir çox xəstəliklərə qarşı daha davamlı olduğu müəyyən edilib.

Qan qrupları yüksək təzyiq, yoluxucu xəstəliklər və xərçəng riski ilə əlaqələndirilir və I (O) qan qrupu ümumilikdə ən sağlam qan qrupu hesab olunur.

Böyük Britaniyada aparılan yeni araşdırmada London Universitetinə bağlı Royal Holloway Universitetinin alimləri qan qrupları ilə müxtəlif xəstəliklər arasında əlaqə tapıblar. Tədqiqat qan qrupunu müəyyən edən genlərin beyində qan laxtalanması riski (CVT) ilə əlaqəli ola biləcəyini göstərib. 882 nəfər üzərində aparılan araşdırmada AB qan qrupuna malik şəxslərdə CVT riskinin digər qruplara nisbətən orta hesabla 5,6 dəfə yüksək, I (O) qan qrupunda isə bu riskin yarıbayarı az olduğu müəyyən edilib.

Vorvik Universitetinin virusoloqu və molekulyar onkologiya professoru Lorens Yanq qeyd edib ki, qan qrupunu müəyyən edən molekullar qan laxtalanma mexanizminə birbaşa təsir göstərə bilər. Onun sözlərinə görə, hüceyrə membranındakı zülallar ürək-damar xəstəliklərinə həssaslığı artıra və ya azalda bilər.

Mütəxəssislər xatırladırlar ki, 100 yaşına çatan insanların ortaq xüsusiyyətləri arasında müntəzəm fiziki aktivlik, balanslı qidalanma, stressin düzgün idarə olunması, güclü sosial əlaqələr, həyata müsbət baxış və genetik amillər mühüm yer tutur. Qan qrupu isə bu amillərdən yalnız biri hesab olunur.

Tarix
2025.12.31 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Vensin Azərbaycana səfəri: Ermənistanla sülh, Zəngəzur dəhlizi...

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Hacıyev Şəki barədə hazırlanan filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla