Yuxarı

Həkimlər mənəviyyatsız işin qurbanına çevrilir – Baş pediatr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkimlər mənəviyyatsız işin qurbanına çevrilir – Baş pediatr

Bəzi həkimlər süni qida şirkətlərinin mənəviyyatsız işlərinin qurbanına çevrilir.

Report xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev körpələrin süni qida məhsulları ilə qidalanmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ana südünün əvəzləyicisinin yaradılması ideyası məhz tibb işçilərindən gəlib:

"Təbii ki, canlı orqanizmdə yaranan bir şeyi canlıdan başqa heç kim yarada bilməz. Ana südünün əmələ gəlməsi üçün bir neçə mərhələ lazımdır, bunun üçün isə canlı orqanizm olmalıdır. Ancaq ana südünün əvəzləyicisinin yaradılması çox normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman-zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı. Ana südünün əvəzediciləri olan süni qida məhsullarının qarşısını hazırda tibb işçiləri də ala bilmirlər".

N.Quliyev qeyd edib ki, hazırda süni qida şirkətləri məhsullarını satmaq üçün bütün üsullardan istifadə edirlər:

"Həmin şirkətlərin əməkdaşları qapı-qapı gəzirlər, hətta məhsulları hədiyyə kimi verirlər. Biz isə belə mənəviyyatsız işin qurbanına çevrilirik. Təəssüf ki, bunu edən də ata və anadır. Körpələrin həyatını 5-10 manata satmaq olmaz. Səhiyyə Nazirliyi belə hallara qarşı çox ciddi mübarizə aparır".

Tarix
2016.10.06 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Rusiyaya gedəcək - Səfər tarixi...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Sabir Rüstəmxanlı və xanımı PA-da - Görüş keçirildi

Britaniyanın yeni səfiri Bakıda - Video

Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq?

İlham Əliyev Kavelaşvilini təbrik etdi

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

AXC-nin yaradılması dövlətçilik tariximizdə... - Deputat

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanla Rusiya diplomatları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla