Yuxarı

Damarları təmizləyən 5 qida

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Damarları təmizləyən 5 qida

Təbii yollarla damarların təmizlənməsi və sağlamlığın qorunması üçün bu qidalardan istifadə edə bilərsiniz. Ürək narahatlıqları gündən-günə sağlamlığımızı daha çox riskə atır. Balanslaşdırılmamış qidalanma nəticəsində tıxanan damarlar ölüm riskini artırır.

Deyerler.org bildirir ki, siqaret, həddindən artıq spirtli içki qəbulu, yüksək xolesterin və hərəkətsiz həyat tərzi infarkt üçün böyük risk təşkil edən amillərdir. İnfarkt, toxuma və hüceyrələrə qan axınının məhdudlaşdırılması anlamına gəlir və ürək xəstəlikləri kimi bir çox ciddi problemlərə zəmin hazırlayır. Bitkilər damarların təmizlənməsi və sağlamlığın qorunması üçün yardımçı ola bilər, ancaq damar tıxanıqlığı ciddi narahatlıqdır və mütləq həkim nəzarətində müalicə edilməsi lazımdır.

İndi isə təbii üsullarla bu problemin həlləri ilə tanış olaq:

Yaşıl çay

Yaşıl çay damarlara ziyan verən oksidatif stressi azaldır və damarları təmizləyir. Bu sahədə də ürəyi qoruyur.

Asai üzümü

Xüsusilə xolesterini azaldan bu meyvə qan axınını tarazlaşdırır və ürək üçün çox faydalıdır.

Darçın

Antioksidant mənbəyi olan darçın qandakı şəkəri salır. Gündə 1 çay qaşığı darçının qandakı yağ nisbətini 26% nisbətində azaltdığı qeyd edilir.

Badam

E vitamini, həll edilə bilən lif və təkli doymamış yağlar baxımından olduqca zəngin olan badam tərkibindəki antioksidantlar sayəsində ürəyinizi qoruyur.

Nar

İçərisində saxladığı antioksidantlar sayəsində nar qan axınını artırır və damarların zəifləməsinin qarşısını alır.

Tarix
2016.10.07 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla