Yuxarı

Nazirlik 8 şirkəti yoxladı - Dərman istehsalı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq prioritet inkişaf sahələri üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə strateji planı" təsdiqlənib.

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, əczaçılıq sektorunun yenidənqurulması və inkişafı istiqamətində qarşıda duran əsas məqsədlərdən biri əhalinin keyfiyyətli, təhlükəsiz və effektiv dərman vasitələri və tibbi təyinatlı mallar ilə təmin edilməsi, eləcə də dərman vasitələri ilə davranışın bütün sahələrində - dərman vasitələrinin elmi axtarışı, hazırlanması, yoxlanılması, istehsalı, qeydiyyatı, satışı, istifadəsi və s. - beynəlxalq standartlara keçilməsi də bu sənəddə yer alan aktual məsələlərdən olub.

Bildirək ki, dərman vasitələrinin istehsal prosesinin yüksək səviyyədə təşkili hazırki dövrdə Etibarlı İstehsalat Praktikasının ( Good Manufacturing Practice - GMP) tələbləri əsasında aparılır. Sözügedən tələblər dərman vasitələrinin istehsalının bütün mərhələlərini tənzimləyir. GMP-nin meydana çıxma tarixi 1963-cü il ABŞ-dan başlayır. Bu sahədə ilk beynəlxalq sənəd isə 1968-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssisləri tərəfindən hazırlanıb. 70-ci illərdən başlayaraq GMP konsepsiyası bütün dünya ölkələrində geniş vüsət alıb. Hazırda bu tələblər dərman vasitələri, tibbi avadanlıq, qida məhsulları, qida əlavələri, kosmetik vasitələrin istehsalında tətbiq edilməkdədir. Eyni zamanda GMP keyfiyyətə təminatın əsas tərkib hissəsi olub məhsulun daim müvafiq keyfiyyət standartlarına uyğun istehsal olunduğuna və yoxlanıldığına, öz təyinatına, qeydiyyat sənədlərinə və bu məhsula dair spesifikasiyaya, eləcə də marketinq və lisenziyalaşdırma orqanlarının tələblərinə uyğun olduğuna zəmanət verən sistemdir.

GMP-nın əczaçılıqda tələbləri aşağıdakılardır:

1. Keyfiyyət sistemi
2.İşçi heyəti
3. Sahələr və avadanlıqlar
4. Sənədləşmənin sistemli və sadə olması
5. İstehsalat
6. Keyfiyyətin yoxlanılması
7. Müqavilələr əsasında iş ( outsourcing)
8. Şikayətlərə reaksiyalar və məhsulların effektiv geri yığılması
9. Daxili təftiş

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində cari ildən başlayaraq illik GMP təftişi həyata keçirilməyə başlanılıb. Belə ki, son dörd ay ərzində müxtəlif ölkələrin 8 dərman istehsalı ilə məşğul olan şirkətinin GMP tələblərinə uyğun təftişi aparılıb. Bununla yanaşı sözügedən yoxlamaları həyata keçirən mütəxəssislərin peşəkarlıq səviyyəsi daha da artırılıb və bu sahəyə yeni kadrlar cəlb olunub.

Tarix
2016.10.07 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla