Yuxarı

Qatil həkim elmi iş müdafiə etmək istəyir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qatil həkim elmi iş müdafiə etmək istəyir

Həkim terroru nəticəsində dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümündə əsas iştirakçı hesab olunan həkim elmi iş müdafiə etmək niyyətindədir.

Bu haqda "Axar.az"a mərhumun həyat yoldaşı Anar Niftəliyevin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov danışıb.

Onun sözlərinə görə, həmin həkim Fərəcullah Sədullah oğlu İdrisov bu günlərdə "Açıq və laparoskopik xolesistektomiya əməliyyatlarının müqayisəli qiymətləndirilməsi" mövzusunda elmi iş hazırlayıb. Cərrah yazdığı işi müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru adı almaq niyyətinə düşüb. S.Vəkilov F.İdrosovun hazırladığı elmi işin müdafiədən keçdiyini və Ali Attestasiya Komissiyasına göndərdiyini deyib.

Buna etiraz edən zərərçəkmiş tərəf F.İdrisovun cinayət işinin başa çatmamış elmi iş müdafiə etməsinə sərt reaksiya verib. S.Vəkilov F.İdrisovun tələsik elmi işi müdafiə edərək, elmi dərəcə almaq cəhdini özünümüdafiə və məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndirib:

"Fərəculla İdrisov bununla özünün haqlı olduğunu təsdiq etmək və məsuliyyətdən qaçmaq istəyir. Biz bununla bağlı Prezident yanında Ali Attestasiya Komissiyasına müraciət edərək, Fərəculla İdrisovun barəsindəki cinayət işi başa çatanadək elmi işi ilə bağlı hər hansı prosedurun keçirilməsinə imkan verilməməsini xahiş edəcəyik".

Tarix
2014.03.10 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla