Yuxarı

Portağalın 6 faydası

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Portağalın 6 faydası

Portağal C vitamini ilə zəngindir. Bu meyvə insanı gümrah edər və bədənə çoxlu kalori daxil etməz. Soyuq günlər gəlib çatmışdır və bədənimizin C vitamininə daha çox ehtiyacı vardır.

Axar.az dəyərlər.org-a istinadən portağalın 6 faydasını təqdim edir:

1. Soyuqdəymənin dərmanıdır. Çünki portağalın tərkibində C vitamini immun sistemini gücləndirir. Bu vitamin bədəndə olan iltihablara təsir edir və onun sağalmasına şərait yaradır. Bir portağal insanın gün ərzində C vitamininə olan ehtiyacının yarısını ödəyir.

2. Portağalın tərkibində olan fibrlər qandakı xolesterinə müsbət təsir göstərir. Portağal suyu qanda olan yağlılığı aşağı salır. Ona görə də gün ərzində 3 stəkan təzə çəkilmiş portağal suyu içmək tövsiyə edilir.

3. Portağalın tərkibində su, kalsium, bir qədər kalori vardır. Əgər çəkinizi aşağı salmaq istəyirsinizsə, o zaman banan və ya üzüm yerinə portağal yeyin. Portağal dəmirin cəzb olmasına yardım edir.

4. Portağal xərçəng xəstəliyinə qarşı yaxşı vasitədir. Tədqiqatlar göstərir ki, portağalın tərkibində olan anti-oksidantlar xərçəngin bir çox növlərinə tutulmaq riskini azaldır, o cümlədən ağız, mədə, bağırsaq xərçənginin. Portağalın tərkibində olan C vitamini bir çox xəstəliklərin qarşısını aldığı kimi, xərçəngin də qarşısını ala bilir. Əgər portağal suyunun tərkibini daha da gücləndirmək istəyirsinizsə, onunla bir yerdə yaşıl çay da için. Hər ikisinin tərkibində olan anti-oksidantlar xərçəng üçün sədd yaradar.

5. Ürəyinizə faydalıdır. Portağalın tərkibində olan anti-oksidantlar ürək xəstəliklərinin də qarşısını alır.

6. Dəriyə müsbət təsir edir. Portağalın tərkibində olan anti-oksidantlar hüceyrələrin qocalmasının qarşısını alır və hüceyrə sistemini gücləndirir. Ona görə də tövsiyə edilir ki, hər gün ya portağal yeyəsiniz, ya da onun suyundan istifadə edəsiniz.

Tarix
2016.10.09 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Naxçıvan açıqlaması

"Korte Bəyannaməsi" qəbul edildi

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla