Yuxarı

BDYPİ yağışlı hava ilə əlaqədar sürücülərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDYPİ yağışlı hava ilə əlaqədar sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücülərə müraciət edib.

Bu barədə Axar.az-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər:

“Yaş yol örtüyü isə nəqliyyat vasitəsinin idarə olunmasına və əyləc məsafəsinin uzanmasına təsir göstərir. Belə şəraitdə yol nişanlarını, nişanlama xətlərini və digər hərəkət iştirakçılarını vaxtında görmək çətinləşdiyindən, sürücülərin daha diqqətli və ehtiyatlı olmaları vacibdir.

Hazırda yağışlı hava ilə müşahidə olunan həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı və hava şəraitinə uyğun hərəkət etməyi tövsiyə edir. Sürücülər sürət həddini yol və görünüş şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsini saxlamalı, texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxmamalı, ötmə və manevr zamanı, eləcə də dayanma və durma yerlərini seçərkən təhlükəsizlik tələblərinə ciddi əməl etməlidirlər.

Yollarda diqqətli və məsuliyyətli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri müraciətdə qeyd olunan tövsiyələrə ciddi yanaşmağa, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq hərəkət etməyə çağırır”.

Tarix
2026.10.10 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla