Yuxarı

8 Nobel Sülh Mükafatı almalı idim... – Trampdan etiraz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
8 Nobel Sülh Mükafatı almalı idim... – Trampdan etiraz

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasında rol oynadığını iddia edərək 8 Nobel Sülh Mükafatına layiq olduğunu bildirib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

O, Norveç Nobel Komitəsinin qərarından narazılığını qeyd edib:

“Mən 8 müharibəni nizamlamışam. Kömək etdiyim ölkələrin prezidentləri və baş nazirləri Norveç Nobel Komitəsinə məktublar göndəriblər. Əslində, mən bir deyil, 8 Nobel Sülh Mükafatı almalı idim. Söhbət Kamboca və Tailand, Kosova və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, eləcə də İsrail və HƏMAS arasında baş vermiş münaqişələrdən gedir”.

ABŞ prezidenti həmçinin İran ətrafında və Rusiya-Ukrayna arasında daha iki münaqişənin nizamlanmasına yaxın olduqlarını iddia edib:

“Hər iki proses sürətlə irəliləyir. Lakin onları nəzərə almasaq belə, artıq nizamladığım 8 müharibə Nobel Sülh Mükafatına layiq görülməyim üçün kifayət qədər əsasdır”.

Tramp BMT-də çalışan bir qadına mükafat verilməsi qərarını tənqid edərək onun haqqında heç nə bilmədiyini bildirib. O, həmçinin laureatı İsrailə qarşı düşmən münasibətdə olmaqda ittiham edib.

Amerika lideri beynəlxalq səviyyədə tanınmağa layiq olduğunu düşündüyü digər nailiyyətlərini də sadalayıb. O, xüsusilə İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını, girovların azad edilməsinə və siyasi məhbusların geri qaytarılmasına nail olduğunu, eləcə də NATO ölkələrinin müdafiə xərclərini artırdığını iddia edib.

Bundan başqa, Tramp Koreya yarımadasında və Tayvan ətrafında silahlı münaqişələrin qarşısını aldığını bildirib.

"Mən tarixdə hamıdan çox insanın həyatını xilas etmişəm", – deyə ABŞ Prezidenti vurğulayıb.

O, həmçinin Birləşmiş Millətlər Təşkilatının sadaladığı münaqişələrin nizamlanmasında ona heç bir kömək göstərmədiyini iddia edib.

"Mənim prezident kimi təmsil etdiyim Amerika Birləşmiş Ştatları Nobel Sülh Mükafatını almalı idi. Lakin bu, baş vermədi", – deyə Tramp yazıb.

Onun fikrincə, Nobel Komitəsinin qərarı Norveçin və Nobel Sülh Mükafatının nüfuzuna düzəlməz zərər vurub.

Qeyd edək ki, Norveç Nobel Komitəsi sülhün və beynəlxalq hüququn təşviqi istiqamətindəki səylərinə görə 2026-cı il Nobel Sülh Mükafatını Navanetem "Navi" Pilleyə verib.

Tarix
2026.10.10 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla