Yuxarı

Aygün Kazımova, Röya milyoner olub gedib

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aygün Kazımova, Röya milyoner olub gedib

Müğənni İlhamə Qasımova talassemiya xəstələri üçün keçirilən xeyriyyə tədbirinə qatılaraq bütün müğənnilərə bu tədbirdə iştirak etmək çağırışı edib.

"Axar.az" olaraq müğənnilərlə əlaqə saxlayıb onların bu tədbirə münasibətlərini öyrəndik.

Vaxt tapıb iştirak edərəm

Zeynəb Dostəliyeva vaxt tapıb iştirak edəcəyini bildirdi:

"Vallah mənim planlarım, işlərim var, bunu heç olmasa qabaqcadan deyərdi. Bir neçə gün davam edərsə, vaxt tapıb iştirak edərəm".

Aygün Kazımova, Röya milyoner olub gedib

Roza Rəhimlinin sözlərinə görə, imkanı olmadığına görə iştirak edə bilməyəcək:

"Bu, gözəl plandır, mən belə işlərə hər zaman müsbət baxmışam. Ancaq imkanım olmadığına görə iştirak edə bilməyəcəyəm. Müğənnilərdən Aygün Kazımova, Röya, onlar hamısı milyoner olub gedib, pula pul demirlər. İmkanları yaxşıdır, iştirak edib yardım etsinlər də".

Çox xeyirxah işdir

Əlikram Bayramov bu tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyini dedi:

"Böyük məmnuniyyətlə iştirak edəcəyəm. Çox xeyirxah işdir, nə zaman belə xeyriyyə tədbirləri olarsa, mən iştirak edəcəyəm".

Dəvət edərsə, iştirak edərəm

Müğənni Xatirə İslam tədbirə dəvət olunacağı halda iştirak edəcək:

"İnşallah, dəvət edərsə, iştirak edərəm".

İstəyərdim iştirak edəm

Müğənni Kərim Bakıda olmayacaq və:

"Çox istəyərdim iştirak edəm. Ancaq sabah Məşhəd ziyarətinə yola düşürəm deyə, burada olmayacağam. Amma bu cür bütün xeyriyyə konsertlərində həmişə iştirak edirəm".

Aslan Hüseynov da təbirə qatılanlar arasında olacaq:

"Əlbəttə, iştirak edəcəyəm. Mən həmişə xeyriyyə tədbirlərində iştirak etmişəm də".

Tarix
2014.04.10 / 01:29
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

İran qalib gəlir? Bu yalana inanmamaq üçün... - Ekspert

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla