Yuxarı

Gündə 8 dəfədən çox tualetə gedirsinizsə... - Təhlükə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gündə 8 dəfədən çox tualetə gedirsinizsə... - Təhlükə

Uyğunsuz yerdə, uyğunsuz saatda tualetə getmək istəyirsiniz? Yarım saatlıq da olsa, evdən çıxarkən əvvəl, ya sonra tualet istəyiniz yaranır? Hətta durum o qədər acınacaqlıdır ki, tualetə getməmək üçün su içməkdən imtina etmisiniz? Bunu çoxları sidik kisəsinin balaca olması ilə əlaqələndirirlər. Əslində isə sidik kisəsi kiçik deyil, daha aktivdir.

Axar.az Lent.az-ın xüsusilə qadınlarda rastlanan və sosial həyata mənfi təsir edən çox aktiv sidik kisəsi problemi ilə bağlı materialını təqdim edir:

Çox aktiv sidik kisəsi nədir?

Sidik torbası əzələsinin gərəksiz yerə sıxılması nəticəsində sosial həyata olduqca təsir edən bir xəstəlikdir. Normal halda sidik kisəsindəki sidik müəyyən bir həddə çatmadan tualetə getmək istəyi yaratmaz. Ancaq sidik kisəsi çox aktiv olduğu halda bir stəkan çay içəndə belə, tualetə dərhal getmək istəyi yaranır, hətta sidiyi qaçırma halları da olur.

Əlamətləri nələrdir?

Anidən sidiyə getmək hissi yaranır.

Gündə 8 dəfədən çox tualetə gedirsiniz.

Gecələr tualetə getmək üçün tez-tez oyandığınızdan yuxu keyfiyyəti də azalıb. Çox ani gələn sidiyi hətta qaçıra bilirsiniz. Bu halda tez bir zamanda mütəxəssis yanına getməlisiniz.

Bu problem necə yaranır?

Bilinməyən səbəbdən sidik kisənizin əzələsi çox aktiv olur.

İflic, parkinson, hidrosefali, beyin şişi, MS, travmatik beyin fəsadı, şəkər xəstəliyi kimi sağlıq durumuna mənfi təsir edən xəstəliklər də çox aktiv sidik kisəsi problemi yaşamanıza səbəb olur.

Nevroloji hallara bağlı olmayan, sıx sidik yolu infeksiyası, sidik kisəsi boyunun darlığı, sidik kisəsi şişi, sidik kisəsi daşı, sidik yollarındakı yad cismlər, prostat böyüməsi, cərrahi müdaxilələr kimi sağlamlıq problemləri də çox aktiv sidik kisəsi probleminə təsir edə bilir.

Müalicəsi ilə yanaşı bəzi həyati vərdişləri dəyişdirmək, pelvik idman hərəkətləri etmək lazımdır. Bundan başqa sidik kisəsinə botoks tətbiqi, sidik kisəsini böyütmək kimi əməliyyatlar etmək də olur.

Çox aktiv sidik kisəsi probleminə nəzarət etmək üçün

- Piylənmədən qaçın. Sağlam çəkinizi qorumağa çalışın.

- Siqaret və tütün məhsullarınızı həyatınızdan çıxarın.

- Qəbizlik də bu problemə təsir edir. Ona görə lifli qidalar yeyin.

- Axşam saatlarında sulu meyvə və tərəvəz yeməyin.

- Sidik kisəsi problemini artıran pomidor, soda kimi məhsullardan uzaq durun.

- Spirtli içki həddini azaldın.

- Tualetə getdikdən sona bir neçə saniyə gözləyin.

- Tualetə getmə sıxlığına nəzarət etmək üçün cədvəl hazırlayın.

- Süni dadlandırıcılar, çox ədviyyatlı yeməklər, qazlı içkilərlə vidalaşın.

- Kafein, qəhvə, çay qəbulunu azaldın.

- Müntəzəm idman edin. Pelvik idman hərəkətləri gücsüzləşən və sidiyi saxlaya bilməyən əzələlərin güclənməsinə kömək edəcək.

Tarix
2017.02.03 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla