Yuxarı

Düyü suyunun gözəllik üçün inanılmaz - Faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin, Yaponiya və bəzi digər Asiya ölkələrində düyü suyu qədim zamanlardan çox effektli kosmetik vasitə kimi istifadə olunur.

Axar.az Sağlamolun.az-a istinadən xəbər verir ki, düyü suyu dəriyə olduqca müsbət təsir edir. Onun tərkibində olan antioksidant, enzim, ferment, mineral, vitamin və s. faydalı maddələr dərini cavanlaşdırır, tonuslaşdırır, daha təravətli və dartılmış edir, kiçik qırışları yox edir, yaxşı təmizləyir və ağardır.

Bu suyu təbii tonik və anti-age vasitə kimi istifadə etmək olar.

Hər gün düyü suyu ilə üz yumaq dərinin rəngini daha sağlam edir.

Həmçinin düyü suyu antiseptik və iltihabəleyhinə vasitə kimi də istifadə olunur, dərini təmizləyir.

Düyü suyu saçların sağlamlığı və gözəlliyi üçün də çox faydalıdır. Düyü suyu ilə saçları yaxalayada saçlar daha sağlam görünür və tez uzanır, parıldayır, elastik və yumşaq olur.

Düyü suyunun hazırlanması üçün düyü (uzun, yumru, qəhvəyi və s.) bişirilmiş su istifadə olunur. Suyu yaxşı süzün və 1-2 gün ərzində isti yerdə saxlayın ki, suda qıcqırma prosesi başlasın. Bu prosesin nəticəsində suyun kimyəvi tərkibi zənginləşir. Suyun dadı bir qədər turş olduqda onu şüşə qaba tökün və soyuducuya qoyun. Hazır düyü suyunu 3-4 gün ərzində istifadə edə bilərsiniz.

Tarix
2017.07.22 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla