Yuxarı

Həkimdən bu xəstəliklə bağlı çağırış - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Baku Medikal Plazanın həkimi Vüsal Mahmudovun bud-çanaq oynağının endoprotezləşdirilməsi ilə bağlı müsahibəsini təqdim edir:

- Bud-çanaq oynağı endoprotezləşdirilməsi nədir?

- Bud-çanaq oynağı irəli dərəcədə ağrı və hərəkət məhdudluğu olan xəstələrdə tətbiq edilən və çox yaxşı nəticələrə malik olan bir əməliyyatdır. Təbii ki, əməliyyatdan öncə xəstələrdə konservativ müalicələrdən istifadə edilir, əməliyyat son çarə olaraq tətbiq olunur.

- Əməliyyat necə icra edilir ?

Bud-çanaq oynağı endoprotezləşdirilməsində, tamlığı pozulmuş qığırdaq və sümük səthləri kəsilib təmizlənərək yerinə metal və dayanıqlı polietilendən ibarət süni oynaq səthləri qoyulur . Əməliyyatdan sonra 4 gün boyunca xəstəyə xəstəxana daxilində yeriməsi və günlük işlərini necə icra etməsi ilə bağlı təlimlər verilir. Evə göndərildikdən sonra xəstə 4-6 həftə boyunca yerimə dəstəyi ala biləcək cihazlarla yeriyir, daha sonra isə sərbəst yerişə başlayır .

- Hansı xəstələrdə endoprotezləşdirmə qərarı verilə bilər ?

- Bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı qərarı verilmədən öncə xəstəyə müxtəlif dərman müalicəsi, idman reabilitasiyası, çəkisinə və aktivliyinə nəzarət edilir. Bu kimi müalicələrin faydası olmadıqda və ya az olduqda əməliyyat təklif edilir .

Protezləşdirmə xəstənin həyat keyfiyyətinin artırılmasına yönəlmiş bir əməliyyatdır. Xəstənin gündəlik həyat konfortunun pozulması və normal aktivliyini azaldan bud-çanaq ağrılarında planlana bilər .

- Əməliyyat nə zaman olmalıdır ?

- Bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı seçici əməliyyat olduğu üçün çox nadir vəziyyətlər xaricində təcili olaraq edilmir. Əməliyyatın nə zaman olması qərarı tamamilə xəstəyə bağlı bir vəziyyətdir.

- Əməliyyatın nəticələri necədir?

- 10 ildən artıq müddətdə müşahidə edilmiş xəstələrin 90%-də əməliyyatın uğurlu olması araşdırmalarla təsdiq edilib. Bu xəstələrdə demək olar ki, oynaqda ağrı olmur, sərbəst şəkildə gəzir, uzun məsafələrə yürüşlər edir, idmanla (velosiped sürmək , üzgüçülük, qaçış və.s) məşğul olurlar.

✔ Sağlamlıq üçün Hərəkətə Keçməyin vaxtıdır!

Mərkəz Filialı:
Nəsimi r., M.Rəfilli və R.Behbudov küç-nin kəsişdiyi 389 № məhəllə
+99455 455-86-08/ +99450 995-99-66

Babək Filialı:

Xətai r-nu, Babək pr-ti 92N
+99451 550-06-01
012 909; 012 404 41 90

www.otim.az

Rəsmi Feysbuk səhifəmiz: https://www.facebook.com/bmpotim/

Tarix
2017.10.31 / 15:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla