Yuxarı

Uşaqlarınızda bu əlamətlər varsa - Diqqətli olun

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana ilə körpəsinin ilk oyunlarından biri də “Göz yumulu” oyunudur ki, əksər uşaqlar buna reaksiya verir. Əgər körpəniz bu oyunu oynarkən sizi izləmirsə, reaksiya vermirsə, o zaman həkimlə danışmalısınız.

Bu sözləri Axar.az-a pediatr Altay Abdullaoğlu autizm xəstəliyinin ilkin əlamətləri barədə danışarkən deyib. Həkim bildirib ki, valideynlər bu əlamətləri müşahidə etdikləri zaman həkimə müraciət etməlidir:

“Ana əliylə, ya da bir örtüklə üzünü örtür, sonra körpənin adın deyir və tez üzünü açır. Körpə anasını diqqətli və həyəcanlı şəkildə izləyir, hərəkətin davamını gözləyir və adı deyilən kimi də qəhqəhələrlə gülməyə başlayır. Bu oyun körpənin inkişafı üçün önəmli ipucları verir. Bu oyunda, autizm baxımından diqqət ediləcək nöqtələr var. “Göz yumdu” oyunu autizm xəstəliyinin erkən diaqnozu üçün çox əhəmiyyətli fürsətdir”.

Pediatr bildirib ki, sağlam uşaq oyunu davam etdirmək üçün çalışır və buna səy göstərir:

“Bunun üçün uşaq sizə baxa bilər, səslər çıxara bilər, örtünü endirmək istəyə bilər. Oyun əsnasında uşağın həqiqətən əylənməsi, əyləndiyini ana və ataya bəlli etməsi, oyunun davamı üçün səy göstərməsi, bütün bunları edərkən də göz təması, üz ifadəsi, səs çıxarma kimi davranışları bir arada istifadə edilməsi gözlənilir. Körpə bütün bunları etmirsə bir həkimə danışmaq mütləq önəmlidir. Bu əlamətlər autizmin ilkin əlamətləridir”.

Tarix
2017.11.08 / 00:52
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla