Yuxarı

“Xərçəng xəstəliyinə son” xəbəri Türkiyədən gəldi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Xərçəng xəstəliyinə son” xəbəri Türkiyədən gəldi

İllərdir Ərzurum Atatürk Universitetində xərçəng xəstəliyinin müalicəsi üçün başladığı çalışmaları davam etdirən professor Xalis Süleyman bir neçə il öncə mədə xərçənginin qarşısını alacaq bir dərman hazırladığını açıqlamışdı.

Çalışmaları sürətləndirmək üçün Atatürk Universitetindən Rəcəb Tayyib Ərdoğan universitetinə keçən Süleyman doktor burada davam etdirdiyi səylər nəticəsində dəqiq nəticə əldə edib. O, heyvanlar və xərçəng hüceyrələri üzərində apardığı təcrübələrdə xərçəng hüceyrələrini 100 faiz yox eləməyi bacarıb. Tibb dünyasında inqilab yaradacaq kəşfin qaynağı hələlik sirr kimi saxlanılır. Bir bitkidən əldə edilən təsirli maddə ilə xərçəngə 100 faizlik çarə tapılmışkən, dərmanın 1-2 il içərisində insanlar üzərində sınağa başlanması planlaşdırılır. Xalis Süleyman dərmanın bir an əvvəl insanların xidmətinə verilməsi üçün dəstək gözləyir.

Əslində, bu bir bitkidir

Rəcəb Tayyib Ərdoğan Universitetinin Tibb fakültəsi farmakoloji bölməsinin dekanı professor Xalis Süleyman etdiyi təcrübələrdə yüzdə-yüz uğur əldə etdiyini ifadə edərək deyib: "Əslində, bu bir bitkidir. Lakin hələlik adını açıqlamırıq. Heyvanların üzərində xərçəng modellərində təsirli oldu. Bu bitki ekstraktını qəbul edən heyvanların istər mədəsində, istərsə də pankreatit vəzisində xərçəng modelləri inkişaf etmədi. Bundan başqa biz bu bitki ekstraktını xərçəng hüceyrəsində sınadıq və xərçəngi yüzdə-yüz öldürdüyünü gördük. Bu ekstrakt sağlam insan hüceyrəsinə toxunmur. Yalnız xərçəng hüceyrəsini tutur və öldürür. Biz bunun həyəcanı içərisindəyik. İnşallah, bir-iki ilə klinika işini tamamlayaraq, insanlar üzərində də təcrübədən keçirməyə başlaya bilərik".

Bütün dünya onu Türkiyədən oğurlamaq istəyir

Bütün dünyanın əldə eləməyə can atdığı çalışmalara Türkiyədə lazım olan dəstək verilmir. Xalis Süleyman dünyanın bir cox ölkələrindən dəvətlər aldığını, ancaq bu çalışmanın patentinin Türkiyədə qalmasını istədiyini vurğulayıb: "Dəstəyə ehtiyacımız var. Həm rektorumuz, həm də dekanımız bizə yeterincə dəstək verir. İstəyirlər ki, işimizi ərsəyə gətirə bilək. Lakin təəssüf ki, ölkəmizdə istehsal siyasəti yoxdur. Bu işin istehsal nöqtəsində olduğu bir zamanda dövlətdən gərəkən təlimat gəlmir. Mən o təlimatı istəyirəm. Təəssüf ki, tibb sahəsində ölkəmizdə istehsal siyasəti sıfırdır".

Tarix
2013.10.11 / 13:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla